Putin İran Prezidenti ilə danışdı

Dünya

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla ilə telefonla danışıb.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“İran Prezidenti Pezeşkianla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir”, – Kremlin sözçüsü vurğulayıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir