Yəməndə hökümət istefa verdi

Dünya

Yəməndə siyasi idarəetmədə mühüm dəyişiklik baş verib.

Mövcud hökumət istefa verib, ölkənin xarici işlər naziri Şayya Möhsen əl-Zindani baş nazir vəzifəsinə gətirilib.

Məlumata görə, qərar Rəşad Muhammed əl-Alimi tərəfindən imzalanan fərmanla rəsmiləşdirilib. Fərmana əsasən, Şayya Möhsen əl-Zindani Nazirlər Şurasının sədri təyin edilib və ona yeni hökumət kabinetinin formalaşdırılması səlahiyyəti verilib.

Rəsmi sənəddə həmçinin qeyd olunur ki, hazırkı Nazirlər Kabineti yeni hökumət tam tərkibdə qurulana qədər öz fəaliyyətini müvəqqəti olaraq davam etdirəcək.

Xatırladaq ki, əvvəlki baş nazir Salem Saleh bin Breykin istefa müraciəti yanvarın 15-də qəbul edilib.

Qeyd edək ki, son aylarda Yəməndə siyasi və təhlükəsizlik vəziyyəti daha da gərginləşib. Xüsusilə dekabr ayında Cənub Keçid Şurası qüvvələrinin Cənubi Yəmənin müstəqilliyini bərpa etmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar ölkədə böhranın dərinləşməsinə səbəb olub. Bu proseslər fonunda baş verən hökumət dəyişikliyi Yəmənin siyasi gələcəyi baxımından diqqətlə izlənilir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir