Qanlı 20 Yanvar günü tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir.
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 36 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
Vətənimizin azadlığı uğrunda şəhid olan bütün qardaş və bacılarımıza Allah rəhmət eləsin!

