Səni sevə-sevə azaldıq-LƏMAN ƏŞRƏF QIZI

ƏDƏBİYYAT
Azadlıq!
Səni çox istəyirdik,
az aldıq.
Səni sevə-sevə
azaldıq.
Eh, azadlıq, azadlıq…
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.
Sənə uzalı əllərimizi
zəmi kimi biçə-biçə,
meydanlara, küçələrə tökülən
qanımız üstdən keçə-keçə,
adına
meydan verdilər,
küçə verdilər –
Azadlıq!..
Bir gün
məmləkətin başı üstə
şəhid ruhların
qiyamı başlanacaq.
Göy üzündən
ahlar,
günahlar
daş-daş yağacaq.
Yağacaq
“Azadlıq” adı verilmiş
meydanlara,
küçələrə;
Üstünə qərənfil çilənmiş
qara paltarlı
şəhid gecələrə.
Ah, azadlıq, azadlıq –
kiminə çörək ağacısan,
kiminə başdaşı.
Mən sənə arzularimi uzatdim,
Sən mənə iki damla göz yaşı..

Balayar Sadiqdən belə bir gözəl şeirlə millətimin başı sağ olsun deyirəm.

kalabalık görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir