Ordubad ət satışı mağazasının fəaliyyəti dayandırıldı

Cəmiyyət

Ordubad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Əmir İbrahim oğlu İbrahimova məxsus ət satışı mağazasında nöqsanlar aşkarlanıb.

 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

 

Qeyd edilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib. Çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

 

Nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, barəsində inzibati protokol tərtib olunub. Çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir