Dövlətin gücü və nüfuzu kabinetlərdə deyil, cəmiyyətdə vətəndaşla təmasda ölçülür.
Məmurun səsi qanundan yüksək çıxmağa başlayanda, problem artıq fərdi davranış çərçivəsindən çıxır və idarəetmə böhranına çevrilir. Sumqayıtda keçirilən reyd zamanı kamera qarşısında baş verənlər də məhz belə bir mənzərəni ortaya qoydu. Qanunun izahı yox, güc nümayişi, qayda yox, təzyiq. Bu hadisə təkcə bir reyd qalmaqalı deyil, vətəndaşla dövlət arasında münasibətlərin hansı nöqtəyə gəlib çatdığını göstərən açıq siqnaldır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərdə keçirilən reyd zamanı yaranmış narazılıqla bağlı iclas keçirməsi ictimaiyyətə operativ reaksiya kimi təqdim olunur. İclasda İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovun danlanması və xəbərdarlıq edilməsi də guya məsuliyyətin ünvanlandığını göstərmək məqsədi daşıyırdı. Lakin baş verənlər cəmiyyət üçün artıq adi inzibati epizod sayıla bilməz. Bir neçə gündür sosial mediada və mətbuatda yayılan görüntülər Sumqayıtda keçirilən reydlərin mahiyyətini açıq şəkildə ortaya qoyur. Satıcılardan birinin məhsullarının müsadirə edilməsi və Samir Bədəlovun “vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu artıq sənin deyil” kimi ifadələri haqlı olaraq ciddi ictimai qınağa səbəb olub. Bu, qanunun izahı deyil, açıq-aşkar güc nümayişidir. Burada sual yaranır, bu cür davranışın cəmiyyətdə dövlətin nüfuzunu nə qədər zədələdiyinin fərqinə varılırmı? Çünki kamera qarşısında vətəndaşa qarşı sərt, alçaldıcı və təzyiq dolu davranış nümayiş edən şəxs təkcə bir məmur deyil. O, dövləti təmsil edir. Vətəndaşın yaddaşında qalan da məhz budur: qanun yox, səs tonu; izah yox, hədə-qorxu, idarəçilik yox, lotuluq. Belə hallar cəmiyyətdə “dövlət vətəndaşı qorumur, əzir” kimi təhlükəli bir düşüncə formalaşdırır. Halbuki dövlətin gücü səsini qaldırmaqda deyil, qanunu sakit, aydın və ləyaqətli şəkildə tətbiq etməkdədir. Bir neçə saniyəlik video ilə illərlə qurulan etibar darmadağın olur. Rəsmi açıqlamalarda hadisənin “anlaşılmazlıq” kimi təqdim edilməsi isə məsuliyyətdən yayınma təsiri bağışlayır. Reyd təsadüfi baş vermir. Reyd göstərişlə keçirilir, nəzarətlə icra olunur. Əgər həqiqətən təsadüfdürsə, daha pis. Belə olan halda məsuliyyəti yalnız bir sektor məsləhətçisinin üzərinə yıxmaq formal xarakter daşıyır. Açıq demək lazımdır, rəhbərliyin inzibati və siyasi məsuliyyəti bu prosesdən kənarda qala bilməz. Əgər məqsəd şəhərdə nizam-intizam yaratmaqdırsa, bu, sosial vəziyyəti ağır olan, küçə ticarəti ilə dolanmağa çalışan insanlara qarşı təzyiq və təhqirlə deyil, qanunun izahı ilə edilməlidir. Əks halda, bu cür reydlər dövlətə hörmət yox, qorxu yaradır. Artıq aydındır ki, söhbət tək bir reyd və ya bir məmurun davranışından getmir. Sumqayıtda jurnalist araşdırmasına başlanılması da təsadüfi deyil. Hələ biz araşdırmaya yeni başlamışıq. İlk faktın üzə çıxması göstərir ki, bu şəhərdə oxşar hallar tək-tək yox, sistemli şəkildə baş verə bilər və indiyə qədər bir çoxu sadəcə ictimailəşdirilməyib. Biz bununla yerli icra orqanlarına açıq mesaj veririk: Sumqayıtda jurnalist araşdırmasına başlanır. Bu araşdırma təkcə bir reydin deyil, bütövlükdə icra mexanizminin fəaliyyətini əhatə edəcək. Başqa yerlərdə oxşar halların baş verməsi də təsadüf deyil. Bu, illərdir davam edən biganəliyin, “gözyumma” siyasətinin və nəzarətsizliyin nəticəsidir. Məsuliyyət yalnız icraçıların deyil, bu proseslərə göz yumanların da üzərindədir. Ən ciddi məsuliyyət isə təkcə sektor məsləhətçisinin deyil, reyd göstərişini verən və icranı izləyən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun üzərinə düşür. Kamera qarşısında baş verən davranışların “anlaşılmazlıq” kimi təqdim edilməsi formal xəbərdarlıqla bitmir. Rəhbərin özü həm siyasi, həm inzibati baxımdan hesab verməli, vətəndaşla dövlət arasında zədələnmiş etibarı bərpa etmək üçün real addımlar atmalıdır. Əks halda cəmiyyət üçün mesaj açıqdır. Məsuliyyət yalnız icraçıya yıxılır, amma göstəriş verən və göz yuman üst rəhbər toxunulmaz qalır. Sonradan keçirilən iclaslar, şifahi xəbərdarlıqlar və “bir də belə hallar olmayacaq” tipli açıqlamalar artıq cəmiyyəti qane etmir. İnsanlar görüntü xatirinə deyil, real məsuliyyət, şəffaflıq və sistemli dəyişiklik görmək istəyir. Bu hadisə bir daha göstərdi ki, problem təkcə bir məmurun davranışında deyil. Problem idarəetmə mədəniyyətində, vətəndaşa münasibətdə və ictimai qınaq qarşısında formal reaksiya vermək vərdişindədir. Dövlətin nüfuzu isə məhz bu məqamlarda qorunmalı idi. Amma qorundumu?

MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.