Dünya “su iflası” dövrünə daxil olub – BMT xəbərdarlıq edir

Dünya

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya miqyasında su ehtiyatları ilə bağlı geri dönməz nəticələrə səbəb ola biləcək “qlobal su iflası” dövrünün başlandığını açıqlayıb.

BM Universiteti tərəfindən yayımlanan hesabatda görə, artıq “su böhranı” və ya “su stresi” kimi anlayışlar mövcud vəziyyəti tam izah etmir. Hesabatın müəllifi, BM Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani qeyd edib ki, bu vəziyyət keçici deyil, daha məhdud su imkanları olan yeni bir reallıqdır.

Hesabata əsasən, dünya təbiətin yağış və qar vasitəsilə təmin etdiyindən daha çox su istehlak edir. Çaylar, göllər və yeraltı akiferlər yenilənmə sürətindən daha sürətlə tükənir. İqlim dəyişikliyi, artan temperatur və uzunmüddətli quraqlıqlar isə problemi daha da dərinləşdirir.

Mövcud vəziyyət bir sıra bölgələrdə artıq açıq şəkildə hiss olunur. Əfqanıstanın paytaxtı Kabil yaxın gələcəkdə suyunu tam itirə biləcək ilk müasir şəhər kimi göstərilir. Meksika şəhəri yeraltı su ehtiyatlarının həddindən artıq istismarı səbəbindən hər il təxminən 50 santimetr çökmə ilə üz-üzədir. ABŞ-ın cənub-qərbində isə Colorado çayının sularının azalması ştatlar arasında ciddi mübahisələrə yol açır.

Statistik göstəricilər təhlükənin miqyasını ortaya qoyur. 1990-cı ildən bu yana dünyanın böyük göllərinin 50 faizindən çoxu su itirib, yeraltı su ehtiyatlarının 70 faizi uzunmüddətli azalma mərhələsindədir. Son 50 ildə Avropa Birliyi ölçüsündə sulak ərazi yox olub, buzullar isə 1970-ci ildən bəri 30 faiz kiçilib. Hazırda təxminən 4 milyard insan hər il ən azı bir ay su qıtlığı yaşayır.

Hesabatda çıxış yolu kimi kənd təsərrüfatında suya qənaət edən yanaşmalara keçid, məhsul strukturunun dəyişdirilməsi, su ehtiyatlarının yapay zəka və uzaqdan müşahidə texnologiyaları ilə izlənməsi, çirklənmənin azaldılması və yeraltı suların qorunması tövsiyə olunur.

Mütəxəssislər bildirir ki, iqlim dəyişikliyinin məhdudlaşdırılması həm insanlar, həm də ekosistemlər üçün kifayət qədər suyun təmin olunmasında həlledici rol oynayır.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir