Bir inək 3 bala doğub.
MUASİRMEDİA.AZ -ın bölgə müxbiri xəbər verir ki, sözü gedən kənd sakini Kamil Əliyevə məxsus iri buynuzlu heyvan təsərrüfatında bir inəyin üç bala doğması qeydə alınıb. Süni mayalanma üzrə mütəxəssis Rəşid Miriyev bildirib ki, bu cür hallar təxminən 0,01 faiz ehtimalla baş verir və çox nadir hal sayılır. “Son 15 illik fəaliyətim dövründə xidmət göstərdiyim iri buynuzlu təsərrüfatlarda tətbiq etdiyimiz süni mayalanma yolu ilə 20 min başa yaxın buzov əldə olunub. Lakin ötən bu dövrdə inəklərdə 3 bala vermə halı ikinci dəfədir qeydə alınır. Normal doğuş hallarında adətən bir bala, az hallarda isə iki bala dünyaya gəlir. Üçəm doğuş isə çox nadir hallarda olur. Hazır ki, doğulan buzovlardan ikisi dişi, biri isə erkəkdir, onlardan biri nisbətən zəif olsa da hər üç buzov tam sağlamdır”.

MUASİRMEDİA.AZ