Paşinyanən ziyarət etmədiyi abidə- Revanşistləri qəzəbləndirən səbəb

Dünya

Erməni mediası yazır ki, bu gün – 27 yanvar  Ermənistan parlamenti “Vətən müdafiəçilərinin anım günü” elan edib və  Yerablur hərbi pantenonunda anım mərasimi keçirilib.

Hazırda  qeyri-iş günü elan edilən mərasim günündə  ermənilər pantenonu ziyarət edirlər . Yerablurda separatizm meyilləri ilə  tanınan   revanşistlər pantenonda  Qarabağa aid abidənin əhatəsinə yığılaraq,  Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Paşinyanı qınayıblar.  Eyni zamanda  iki ölkə arasındakı yaxınlaşma siyasətini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiklərini dilə gətiriblər. Ermənistan Baş naziri Nikol Paşinyan “Yerablur” hərbi panteonunda 44 günlük müharibədə ölən işğalçılara  həsr olunmuş “artsaxın çağırışı” abidəsini ziyarət etməyib və abidəyə  gül qoymayıb.

Beləki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan “Yerablur” hərbi panteonunda jurnalistin Ermənistan rəhbərliyinin  abidəyə niyə ehtiram göstərməməsi və gül qoymaması ilə bağlı sualını cavablandırıb. Vanetsyan qeyd edib ki, o, belə bir şey görməyib və əlavə edib ki, bu, hakimiyyətin problemidir və ola bilsin ki, hansısa komplekslərlə bağlıdır.

Xatırladaq ki, “artsaxın çağırışı” abidəsi Artur Vanetsyanın özünün təşəbbüsü və dəstəyi ilə qoyulmuşdur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir