Akademiyada mühit təkcə təhsil yox, məsuliyyətdir. Bu mühitdə formalaşan kursantlara xidmət yolunda uğurlar…





Polis Akademiyasında təhsil alan kursantların valideynlərinin Akademiya mühiti ilə yaxından tanış olması təkcə formal bir görüş deyil, etimad və ortaq məsuliyyət modelinin mühüm tərkib hissəsidir.
İlk növbədə bu tanışlıq valideynlərdə daxili rahatlıq və inam yaradır. Valideyn övladının hansı şəraitdə yaşadığını, hansı nizam-intizam qaydaları ilə formalaşdığını, gündəlik nizam qaydalarının necə qurulduğunu öz gözləri ilə gördükdə, övladını sadəcə bir təhsil müəssisəsinə deyil, dövlətə xidmət edən sistemə etibar etdiyini anlayır.
Digər tərəfdən, Akademiya mühiti ilə tanışlıq valideynlərin maariflənməsinə xidmət edir. Təhsil prosesinin yalnız dərslərdən ibarət olmadığını, burada fiziki hazırlıq, psixoloji dözümlülük, etik davranış, hüquqi düşüncə və kollektiv məsuliyyət kimi keyfiyyətlərin paralel şəkildə formalaşdırıldığını görmək valideyn baxışını daha real və obyektiv edir.
Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan bu proses həm də valideyn–Akademiya əlaqəsini gücləndirir. Valideyn artıq kənardan müşahidə edən tərəf deyil, tərbiyə və formalaşma prosesinin mənəvi tərəfdaşı olur. Bu isə kursantın üzərindəki mənəvi yükü azaldır, onun məsuliyyət hissini və özünə inamını artırır. Bu etimad isə sağlam ailə dəstəyi, güclü kursant psixologiyası və peşəkar polis kadrlarının formalaşması üçün möhkəm zəmin deməkdir.
MUASİRMEDİA.AZ DİN
