Arxivdə olan maraqlı fotolardan biri də budur. Fotodakılar Mir Cəfər Bağırovun ailə üzvləridir. Sağdakı şəxs Bağırovun zabit oğlu Cen Bağırovdur, digər şəxs isə onun bibisi oğlu, yəni Mir Cəfər Bağırovun bacısı oğlu Adildir. Cen Bağırov haqqında bir neçə ay bundan əvvəl geniş paylaşım etmişdim. Həmin yazıya bir daha nəzər salıb ictimailəşdirməyi düşünürəm. Ümumiyyətlə Mir Cəfər Bağırovun ailəsi və ölümündən sonrakı proseslər barədə məncə, az məlumata sahibik. Məlumatı olmayanlar üçün deyim ki, ötən il professor Cəmil Həsənlinin “Mir Cəfər Bağırovdan sonrakı Azərbaycan” adlı kitabı da işıq üzü gördü. Çox maraqlı, faktlarla zəngin əsərdir. Oxumağa dəyər…

MM.AZ
