Ömrünü atasının müdafiəsinə həsr edən Sara Tağıyeva acınacaqlı həyat yaşayıb.

Tarix
Atasının var-dövləti dövrün hakimiyyət tərəfindən müsadirə edildikdən sonra ailə pərişan olub.
Küçədə yaşayan Sara xanım neçə dəfə vaxtilə yaşadığı bu evə girib baxmaq istəsə də, muzeyin o zamankı direktoru, akademik Püstəxanım Əzizbəyova onu təhqir edib, qapıdan qovmuşdu.
Sara xanım sağlığında deyirmiş: “Atam xeyirxah və maarifpərvər insan olub. Çoxlu məktəblər açıb, insanlar oxudub. 1918-ci ilin mart hadisələrində Şaumyan atamı da həbs etmişdi. Lakin Nərimanov gəldi və Şaumyana dedi ki, Hacı azad olunmalıdır”. Professor Nəsiman Yaqublu yazırdı ki, Sara xanım ilk həyat yoldaşından ayrıldıqdan sonra Rusiyaya − Leninqrada (Sankt-Peterburqa) gedir. 1934-cü ildə onu S.M.Kirovun ölümü ilə bağlı şübhəli şəxs kimi həbs edirlər. Sara xanım bir müddət həbsxanada qalır. Həbsxanadan çıxdıqdan sonra yaşamağa yeri olmadığından elə parkın içində skamyaların üstündə yatıb gecələyir. Sonra Leninqradda ikinci dəfə ailə həyatı qurur. Sara xanım 1953-cü ildə Stalin öldükdən sonra Bakıya qayıdır. Bakıda ilk olaraq doğulub böyüdüyü evlərinə gedir. Lakin onu içəri buraxmırlar. Sara xanım bir gün dözməyib və atasının tikdirdiyi, özünün də təhsil aldığı Qızlar Gimnaziyasının binasına − Əlyazmalar İnstitutu yerləşən yerə getdi. Bura onun üçün çox doğma idi və burada onun çoxlu xatirələri vardı. Pilləkənlərlə bir qədər qalxmışdı ki, qəfildən direktorla üzləşdi. Direktor onu görən kimi polisi çağırıb Sara xanımı buradan qovmağı tələb etdi. Direktorun onun ünvanına dediyi sözlər də çox kobud idi. O isə atası dünyadan köçəndən və həyatlarıtam dəyişəndən sonra çox belə təhqiramiz sözlər eşitmişdi.

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir