Məmməd Yaqubov 7 orta məktəb dərsliyinin və 20-dən çox dərs vəsaitinin müəllifidir.

Təhsil
Əziz dostlar fevralın 2-si Azərbaycanın tanınmış riyaziyyatçısı, əməkdar elm xadimi, fizika riyaziyyat elmləri doktoru professor, 40 ildən çox Bakı Dövlət Univeristetində çalışmış müəllimimiz Məmməd Yaqubovun doğum günüdür. Onu Azərbaycan riyaziyyatçıları, tələbələri və şəxsən öz adımdan təbrik edir, ona can sağlığı, sağlam uzun ömür və işlərində daha böyük uğurlar arzu edirəm.
Yaqubov Məmməd Haqverdi oğlu, 2 fevral 1941-ci ildə Culfa rayonunun Milax kəndində anadan olmuş, 1962-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspirantı olmuşdur. 1966-cı ildə «Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında» mövzusunda namizədlik, 1992-ci ildə «Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1965-ci ildə ADU-nun Diferensial və inteqral tənliklər kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Bu kafedrada assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 1973-cü ildən 1992-ci ilədək idarəetmə nəzəriyyəsi kafedrasında dosent, 1992-ci ildən 1996-cı ilədək həmin kafedrada professor, 1996-cı ildən hal-hazıra qədər isə həmin kafedranın müdiri vəzifəsində çalışır. Elmi fəaliyyəti əsasən qeyri-xətti tənliklərin həllərinin budaqlanması, təqribi həlli və optimal idarəetmə nəzəriyyəsinin riyazi məsələlərinə aiddir.
120-dən çox elmi məqalənin, bir ali məktəb dərsliyinin, 7 orta məktəb dərsliyinin və 20-dən çox dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə riyaziyyat üzrə 16 fəlsəfə doktoru hazırlanmışdır. Məmməd Yaqubova “Əməkdar müəllim” fəxri adı verilmiş və “Şöhrət” ordeni ilə təltif edilmişdir.

bir veya daha fazla kişi görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir