İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana, eləcə də çətənə toxumları aşkar edilərək götürülüb. S.İsmayılov narkotik vasitələri meşə massivində satış məqsədilə gizlədib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

MUASİRMEDİA.AZ
