Plastik şüşələr bu xəstəliyin DƏRMANI İMİŞ

Səhiyyə

Tədqiqatlar göstərir ki, Parkinson xəstəliyinin müalicəsi üçün dərman təkrar emal olunmuş plastik şüşələr vasitəsilə innovativ metoddan istifadə etməklə istehsal edilə bilər.

MM.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu yanaşma bakteriyaların məişət plastikini bu nevroloji xəstəliyin müalicəsi üçün əsas dərman olan L-DOPA-ya çevirmək qabiliyyətindən istifadə edir.

 

Tədqiqatçıların fikrincə, bu, plastik tullantıları nevroloji xəstəliyin müalicəsi üzrə dərmana çevirmək üçün təbii bioloji prosesin modifikasiyası ilə bağlı ilk təcrübədir.

 

Edinburq Universitetinin alimləri polietilen tereftalatı (qida və içki qablaşdırmalarında geniş istifadə olunan plastik növü olan PET – red.) L-DOPA-ya çevirmək üçün E. coli bakteriyalarını modifikasiya ediblər. Proses əvvəlcə ildə təxminən 50 milyon ton istehsal olunan tullantı PET-i kimyəvi tərkib hissəsi olan tereftal turşusuna parçalamağı əhatə edir. Daha sonra modifikasiya olunmuş bakteriyalar bir sıra bioloji reaksiyalar vasitəsilə tereftal turşusu molekullarını L-DOPA-ya çevirir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir