Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 105 xarici vətəndaşı ölkədən deportasiya edib.
Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqladeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal, Sudan və digər ölkələrdən olan 105 əcnəbi ölkədən çıxarılıb.
Cari ilin statistik məlumatlarına əsasən, Gürcüstandan 806 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.
MM.AZ
