Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclası-FOTO

İqtisadiyyat
Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik gücləndirilib və maliyyə dayanıqlığı təmin edilib. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərib, gəlir və xərclər üzrə proqnozlar yerinə yetirilib.
– İlin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər ümumilikdə 9,6 milyard manat olub ki, bu da proqnoza münasibətdə 5 faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri isə 7,8 milyard manatdan çox olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir