Rusiyanın Moskva vilayətində məhkəmə 1997-ci ildə 8 yaşlı ögey qızını qətlə yetirən 65 yaşlı yerli sakinin barəsində hökm çıxarıb. İstintaqın məlumatına görə, hadisə 7 mart 1997-ci ildə Kaşira şəhərində baş verib.
Rusiya mediasına istinadən xəbər verir ki, uşağın yemək istəməsinə əsəbiləşən ögey ata mübahisə zamanı ona hücum edərək ölümünə səbəb olub, ertəsi gün isə izləri itirmək üçün cəsədi çantaya qoyaraq çoxmərtəbəli binanın zirzəmisində basdırıb. O dövrdə qızın anası onun itkin düşməsi barədə məlumat versə də, cinayətkarın şəxsiyyətini dərhal müəyyən etmək mümkün olmayıb. Yalnız 2025-ci ilin oktyabrında köhnə cinayət işlərinin yenidən araşdırılması çərçivəsində keçirilən ekspertizalar nəticəsində təqsirkarın yeri müəyyən edilib və o, dindirilmə zamanı cinayətini etiraf edərək qalıqların yerini göstərib. Məhkəmənin qərarı ilə azyaşlını qəsdən öldürməkdə təqsirli bilinən şəxs 15 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.
MM.AZ
