Naxçıvan Hava Limanının rəsmilərinə qarşı cinayət işi başlanılıb

ölkə
“Gündəlik Naxçıvan”ın məlumatına görə, Naxçıvan Hava Limanının rəsmilərinə qarşı cinayət işi başlanılıb, bilet satışına cavabdeh 4 əməkdaş saxlanılıb.
İşin üstü bir həftə əvvəl Prezidentin köməkçisi Anar Ələkbərovun xalasının 60 manatlıq biletə 200 manat ödəməsindən sonra açılıb. Qadını kassirlər tanımayıb.
Nəqliyyat Nazirliyinin gizli yoxlamaları zamanı təkcə bilet satışında 2 milyon 135 min manatlıq yeyinti aşkarlanıb. Kassirlərin kartlarına 60 manatlıq biletlər üçün 90, 110, hətta 250 manatlıq ödənişlər daxil olub.
Saxlanılanlar arasında bilet satışı üzrə məsul Ramin Babayev də var. İki nəfərə Naxçıvandan çıxış qadağası tətbiq edilib. Aviakassanın direktoru Salman Məmmədlinin aylıq payının 13 min manat olduğu bildirilir.
Hava limanının direktoru və aviakassanın rəhbərləri istintaqa çağırılıb, .
Rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

yazı görseli olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir