Zakir Həsənov qardaş ölkəyə başsağlığı verdi

HƏRBİ

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

MN-dən  verilən məlumata görə, başsağlığında deyilir: “Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

 

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”
.MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir