Piroqov Universitetinin Klinik Tibb İnstitutunun Ambulator Terapiya kafedrasının dosenti, fəlsəfə doktoru Dmitri Karpenko çoxlu şam yeməyinin ürək döyüntüsünün pozulmasına səbəb ola biləcəyini açıqlayıb.
Həkimə görə, qastroezofageal reflüks (qıcqırma) xəstəliyi – QERX – ilə ürək ritminin pozulması arasında əlaqə nadir görünsə də, tamamilə istisna edilə bilməz. Bəzi hallarda problem qida borusunun müəyyən nahiyələrinin refleks qıcıqlanmasından qaynaqlanır. Lakin oxşar hisslər QERX olmadan da, sadəcə həddindən artıq yeməkdən sonra, yarana bilər.
Karpenko izah edir ki, mədə çoxlu yeməkdən sonra həddindən artıq dolduqda ürək döyüntüsü tezləşə bilər. Bu mexanizm çox sadədir: genişlənmiş mədə diafraqmaya təzyiq göstərir və bu da ürəyin normal işləməsinə mane olur.
Mütəxəssis sağlam ürək ritmini qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edir – həddindən artıq yeməkdən çəkinmək, gecə gec saatlarda yemək yeməməmək və yeməkdən dərhal sonra yatmamaq. Həkimin xüsusi vurğuladığı məqam budur ki, yatmazdan əvvəl hətta kiçik bir qəlyanaltı belə simptomları gücləndirə bilər.MM.AZ
