22 yaşında müəmmalı şəkildə öldürülən Lətif Vəliyev 1912-ci ildə İmişli rayonunun Məmmədli kəndində anadan olub.
Tibb Universitetində təhsil alarkən hamının diqqətini cəlb edir. Moskvadan araşdırmaları dayandırması göstərişi gəlir, lakin bir müddət sonra bu qadağa aradan götürülür.
1934-cü ildə SSRİ-də ” Yustinian taunu” və epidemiyalara qarşı vaksinlər axtarılmağa başlanılır. Lətif Vəliyev bu vaksinləri də hazırlayır.
Artıq Qərb mətbuatı onu ” Yeni İbn Sina” adlandırırdı.
Gənc alim ixtira etdiyi ” Muğan” və “Aran” vaksinləri ilə insanları taundan xilas edir.
Böyük Britaniyanın “Mİ – 6” kəşfiyyat idarəsi Lətif Vəliyevə sui-qəsd ediləcəyini bildirir. Moskva isə ötürülən bu məlumata əhəmiyyət vermir.
Ləfif Vəliyev 1934-cü il noyabrın 15-də xəstəxanaya yerləşdirilir. Məlum olur ki, onu 3 gün öncə zəhərləyiblər.
Bütün dünyanı xilas edən 22 yaşlı dahini xilas etmək mümkün olmur…

MUASİRMEDİA.AZ
