Ermənistanın keçmiş səhiyyə naziri Qaqik Stambolstyan avtomobilində ölü tapılıb.

Dünya

 Ermənistanın sabiq səhiyyə naziri Qaqik Stamboltsyanın meyiti Ararat vilayətində avtomobilində tapılıb.

Məlumata görə, o, idarə etdiyi “Changan” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi yoldan çıxaraq sahəyə düşüb. İlkin ehtimala əsasən, Qaqik Stamboltsyan qəfil vəfat edib və məhz bu səbəbdən avtomobil idarəetmədən çıxaraq qəza törədib.

Qaqik Stamboltsyan 1997–1998-ci illərdə Ermənistanın səhiyyə naziri vəzifəsində çalışıb. O, 2000-ci illərin əvvəllərində parlament deputatı olub, daha sonra isə “Avanqard” tibb mərkəzini təsis edib./Musavat.com

Ermənistanda keçmiş nazirin meyiti tapıldı - Unikal.az

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir