Heydər Əliyev-103
Heydər Əliyev 1994-cü ildə Əlimərdan bəy Topçubaşovun Müqəddəs Kloud qəbiristanlığındakı məzarını ziyarət edərkən maraqlı və rəmzi bir hadisə yaşanmışdı.
Uzun illər sovet dövründə adı unudulan Topçubaşovun məzarı həmin ziyarətdən sonra Azərbaycan dövlətinin xüsusi diqqətinə götürülmüşdü. Heydər Əliyev məzar önündə onun Azərbaycan diplomatiyası və istiqlal tarixindəki xidmətlərini xüsusi vurğulamışdı.
Bu ziyarət həm də simvolik sayılırdı:
1919-cu ildə Paris Sülh Konfransında Azərbaycanın istiqlalını tanıtmağa çalışan Topçubaşovun məzarını, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Prezidenti ziyarət edirdi. Bunu iki fərqli dövrün dövlətçilik ideyasının “görüşü” kimi simvolizə etmək olardı.
Heydər Əliyevin Əlimərdan bəy Topçubaşovun Fransadakı məzarını ziyarəti ilə bağlı digər maraqlı məqam da budur ki, həmin dövrdə Topçubaşovun məzarı uzun illər baxımsız qaldığından bir çox azərbaycanlı onun dəqiq harada dəfn olunduğunu belə bilmirdi.
Məhz Heydər Əliyevin ziyarətindən sonra məzar bərpa olundu və Azərbaycan nümayəndə heyətləri ora mütəmadi baş çəkməyə başladı,Topçubaşovun irsi Azərbaycanda yenidən araşdırıldı və təbliğ edildi.
Topçubaşov ömrünün sonuna qədər vətənə dönə bilməmişdi (Fransada yaşadığı illərdə evinin divarında həmişə Azərbaycanın xəritəsi asılı olurdu. O, ömrünün sonuna qədər vətənə qayıdacağına inanırdı).Heydər Əliyevin onun məzarı önünə əklil qoymasını mühacirətdə vəfat edən Cümhuriyyət xadimlərinə dövlət ehtiramının rəsmi başlanğıcı hesab etmək olar.
P.S.Topçubaşov Azərbaycanın ilk aqronom alimi Həsən bəy Zərdabinin kürəkəni idi.
MUASİRMEDİA.AZ
