İmişli rayonunda minik avtomobilinin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.
MUASİRMEDİA.AZ xəbər verir ki,hadisə saat 19 radələrində İmişli rayonu Qaradonlu kəndi ərazisində çöl sahədə qeydə alınıb.
Cavid Bayramova məxsus “Mercedes” markalı minik avtomobilində başlayan yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

ASİRMEDİA
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU