Sentyabrın 3-də Azərbaycanda hava şəraitinin əsasən *yağmursuz keçəcəyi* gözlənilir.
*Bakıda və Abşeron yarımadasında* hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Gecə temperaturu *19–21°*, gündüz isə *26–30° isti* olacaq.
Azərbaycanın rayonlarında* da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Bununla belə, gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və duman müşahidə oluna bilər.
Rayonlarda gecə *18–22°*, gündüz *27–32° isti*, dağlıq ərazilərdə isə gecə *10–15°*, gündüz *18–22° isti* olacağı bildirilir.
Gün ərzində hava şəraitinin ümumilikdə əlverişli olacağını bildirir .
Sentyabrın ilk günlərində isti hava davam etsə də, qarşıdakı günlərdə temperaturun tədricən dəyişməsi gözlənilir.
MUASİRMEDİA.AZ
