HAVA UÇUŞUNDA TUALET İŞLƏMƏYİB TƏYARƏ YERƏ ENİB

Dünya

“Aeroflot” aviaşirkətinin Nijni Novqoroddan Antalyaya uçan sərnişin təyyarəsi göyərtədəki bütün tualetlərin sıradan çıxması səbəbindən marşrutunu dəyişməli olub.

Airbus A320 təyyarəsi Vladiqafqaza yaxınlaşarkən ekipaj salondan daxil olan məlumatlar əsasında göyərtədəki tualetlərin heç birinin işləmədiyini müəyyən edib.

Pilotlar uçuşu bu vəziyyətdə davam etdirməmək qərarına gəlib və təyyarəni ehtiyat hava limanına – Mineralnıye Vodıya yönəldiblər.

Təyyarə hava limanına problemsiz enib. Hadisə zamanı qəza siqnalı verilməyib.

Nasazlıq səbəbindən Airbus A320 uçuşlardan kənarlaşdırılıb. Antalyaya getməli olan sərnişinlər üçün Moskvadan ehtiyat təyyarə göndərilib. Onlar uçuşun davam etdirilməsi üçün 8 saat gözləməli olublar.

Nasazlığın səbəbini araşdırırlar.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir