Ukraynalılar ərzaq bohranı yaşayacaq-ÇAĞRIŞ

Dünya

Ukraynalılar ərzaq infrastrukturuna dəyən ziyan fonunda tədarükdə mümkün fasilələrə görə evlərində ən azı bir həftəlik ərzaq ehtiyatı saxlamalıdırlar. Bunu Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Taras Vısotski bildirib.

Bu barədə “RBC-Ukraine” məlumat yayıb.

“Bir həftəlik ehtiyat olmalıdır”, – deyə Vısotski tövsiyə edib.

Nazir qeyd edib ki, müharibə şəraitində müxtəlif fors-major hallar, o cümlədən ərzaqların anbarlardan mağazalara çatdırılmasında fasilələr yarana bilər. Bununla belə, onun sözlərinə görə, aylarla qabaqcadan ərzaq ehtiyatı toplamağa ehtiyac yoxdur.

O vurğulayıb ki, Ukraynada uzunmüddətli ərzaq qıtlığı gözlənilmir. Lakin logistika ilə bağlı problemlər səbəbindən ayrı-ayrı məhsulların tədarükündə qısamüddətli fasilələr mümkündür.

Vısotskinin sözlərinə görə, ərzaq anbarlarına dəyən zərər nəticəsində maliyyə itkiləri artıq on milyardlarla qrivnaya çatıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir