Məhəmməd Əmin Rəsulzadəni həbs edən bolşevik: Əliheydər Mustafabəyov -FOTO

Tarix
Əliheydər İbiş oğlu Mustafabəyov, yəni “Şirvani” təxəllüsü ilə tanınan bolşevik Nəriman Nərimanovun siyasi çevrəsində olmuş və 1920–1921-ci illərdə onun şəxsi katibi və ən etibar etdiyi adamlardan biri hesab edilirdi. Özü 1917-ci ildən bolşevik partiyasına üzv olub.
📌Azərbaycanın 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğalından sonra Şirvani Azrevkomun fövqəladə komissarı kimi müxtəlif bölgələrdə fəaliyyət göstərib. Başqa sözlə, ilkin dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində işğal prosesinin birbaşa olaraq içində olub.
📌Şirvaninin Nəriman Nərimanovla yaxınlığını sübut edən bir neçə fakt var. Məsələn, o, Nərimanovun 12 dekabr 1921-ci il tarixli sərəncamı ilə Azərbaycan SSR-in hökuməti yanında səlahiyyətli nümayəndəsi təyin edilmişdi. Bu vəzifə isə faktiki olaraq Azərbaycan hökumətinin Moskvadakı əsas nümayəndəliklərindən biri idi.
📌1922-ci ilin avqustunda Azərbaycanda Xarici İşlər üzrə Katiblik yaradıldıqda da onun rəhbərliyinə Əliheydər Şirvani gətirilmişdi. Çünki 1921-də partiyadan çıxarılanda Nərimanov xarakteristika vermişdi ki, Şirvani Rəsulzadəni həbs edən adamdır. Yəni məhz bu əməlinə görə onu qabağa çəkmişdilər. Bundan sonra onu hətta yenidən partiyaya da bərpa etmişdilər.
📌1927-ci ildə Tacikistan Vilayət Partiya Komitəsinin məsul katibi, daha sonra 1930-cu illərdə Mari Muxtar Vilayət Partiya Komitəsinin birinci katibi olub.
📌Ancaq sonralar bu dəfə Rəsulzadəni həbs etməsi onu xilas etmir. 1935-ci ildə partiyadan çıxarılır və 1938-ci il 21 fevralda Moskvada həbs edilir.
📌26 aprel 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə Şirvani güllələnərək Moskvadakı Kommunarka xüsusi dəfn yerində basdırılır.
şunu diyen bir yazı 'inst|Azerbaycan_Tarixi_ Tarixi_ .. 1.a.Rasulzadani habs edan bolşevik' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir