Həkimlərdən xəbərdarlıq: Mövsüm dəyişərkən sağlamlığımızı necə qoruyaq?

Səhiyyə

Mövsüm dəyişiklikləri zamanı insan orqanizmi temperatur və hava şəraitindəki dəyişikliklərə uyğunlaşmağa çalışır. Sentyabr ayında xüsusilə səhər və axşam saatlarında havanın sərinləşməsi gündəlik geyim seçimlərinə diqqət yetirməyi tələb edir.

Sağlam həyat tərzinin əsas şərtləri arasında balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və şəxsi gigiyena mühüm yer tutur.

Qapalı məkanların mütəmadi havalandırılması da əhəmiyyətlidir. İnsanların sıx olduğu yerlərdə mövsümi respirator infeksiyaların yayılma ehtimalı arta bilər.

Davamlı öskürək, yüksək hərarət, nəfəs almaqda çətinlik və ya digər ciddi simptomlar yarandıqda özbaşına dərman qəbul etmək əvəzinə həkimə müraciət etmək daha təhlükəsiz yanaşmadır.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir