Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Siyasət

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir.
Qurultayın ünvanı Heydər Əliyev Mərkəzidir. Tədbirdə partiyanın nümayəndələri iştirak edir və gündəlik məsələlər müzakirəyə çıxarılır.

Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək YAP-ın yerli təşkilatlarında hesabat konfransları keçirilib. Partiyanın məlumatına görə, həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib və VIII qurultaya 960 nümayəndə seçilib.

Qurultay siyasi təşkilatın növbəti fəaliyyət istiqamətlərinin müzakirəsi baxımından diqqət çəkən tədbirlərdən biridir.

Qeyd edək ki, oktyabrın 1-də qurultay nümayəndələri Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
MM.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir