Azərbaycan hərbçisi ilə bağlı araşdırma aparılır

HƏRBİ

Gündəmin diqqət çəkən xəbərlərindən biri Azərbaycan hərbçisi ilə bağlıdır.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın istiqamətində xidmət edən müddətli hərbi qulluqçu Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edilib və onun axtarışına başlanılıb.

Prokurorluğun açıqlamasında bildirilir ki, aparılan araşdırma zamanı hərbçinin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr yaranıb. Bu səbəbdən Hərbi Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Daha sonra Ermənistan tərəfi Azərbaycan hərbçisinin Ermənistan ərazisində saxlanıldığını açıqlayıb. Hazırda hadisənin bütün hüquqi və digər təfərrüatları üzrə araşdırmalar davam edir.

Məsələ ilə bağlı sonrakı rəsmi açıqlamaların ictimaiyyətə təqdim olunacağı bildirilib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir