Hacıqabul rayonunda Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, “Jiquli” markalı avtomobillə digər minik avtomobili toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Yaralananlar arasında azyaşlıların da olduğu barədə məlumat yayılıb. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Yol qəzaları ilə bağlı mütəxəssislər sürücüləri magistral yollarda sürət həddinə, ara məsafəsinə və yol şəraitinə xüsusi diqqət yetirməyə çağırırlar.
MM.AZ
