Payızın gəlməsi ilə havaların dəyişkən olması bəzi insanlarda mövsümi sağlamlıq problemlərinin artmasına səbəb ola bilər.
Xüsusilə temperaturun kəskin dəyişməsi zamanı soyuqdəymə və tənəffüs yolu infeksiyalarına daha çox rast gəlinə bilər.
Bu dövrdə şəxsi gigiyenaya riayət etmək, əlləri mütəmadi yumaq, kifayət qədər yuxu almaq və düzgün qidalanmaq ümumi sağlamlığın qorunmasına kömək edir.
Xroniki xəstəliyi olan şəxslər isə mövsüm dəyişərkən öz həkimlərinin tövsiyələrini nəzərə almalıdırlar. Uzun müddət davam edən yüksək hərarət, nəfəs darlığı və ya digər ciddi simptomlar olduqda tibbi yardım almaq lazımdır.
MM.AZ
