DİN açıqlama yaydı

ölkə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

MUASİRMEDİA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Fevralın 28-də və martın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 18 tüfəng, 4 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir