Hər dəfə Nərimanov metrosuna daxil olansa siyasətçi, yazıçı , doktor Nəriman Nərimanovu hörmətlə anıram.Bu gün Nəriman Nərimanovu xain, satqın elan edən bəzi ,,bilicilər” formalaşıb .Bunu hansı beyinləri ilə düşünüblər, hələ məlum deyil.Rusun qaniçən ordusu Xəzərdə durub, topların lülələrini tuşlayıblar Bakıya.Hələ Xəzəryanı əyalətlərimiz də daxil olmaqla. Azərbaycan Demokratik Respublikası süqutun eşiyində,şəhər çaxnaşma içində, əliyalın əhalinin qanına susayıb rusun başıpozuq ordusu.Guya Nərimanov məktub yazıb rus ordusunu Bakıya dəvət edib. Əvvəla o məktubu Əliheydör Qarayev, Çingiz İldırım ……. və s. kimi ağacı içindən yeyən qurdlar yazıb.Lap elə Nərimanov elə bir məktuba qol qoyub.Qol qoymaya bilməzdi. Silahsız əhali iləmi müqavimət göstərəcəkdi?? Yarı dənizdən, yarısı da Yalamadan üzü bəri gələn zalımları kim geriyə qaytara bilərdi??? Göz qabağında Xəzər nefti,Azərbaycanın yeraltı ,yerüstü sərvətləri , ucuz işçi qüvvəsi varkən Nərimanovun məktub yazıb – yazmamağı işi həll edib?.ADR – in 300 nəfər şərəfli əsgər- zabiti qaniçən rus ordusuna az da olsa zərbə vurmaq üçün Yalamada ölüm savaşına girdilər.O qanlı və son döyüşdən sağ çıxan olmadı.Nərimanova kimi İrəvan hay soysuzlarına verilmişdi. Aprelin 27 di şəhər rusların əlində idi.Azərbaycanı sığortalamaq üçün , ölkənin parçalanıb Gürcüstan,Ermənistan,Rusiyanın tərkibinə qatılmaması üçün doktor Nəriman can qoydu,az çaba sərf etmədi.Azərbaycan adlı dövlətin var olmasında ona borcluyuq.Nəsibi də çox erkən ,müəmmalı ölüm oldu. Nərimanovun və Yalamada şəhid olan əsgər,zabitlırimizin Əziz xatirəsinə sonsuz ehtiram. P.S.İradı olan buyursun.
MUASİRMEDİA.AZ
