Məharətli strateq Şah Abbası bir də belə tanıyın: İmam Rza (ə) türbəsinin xidmətçisi qismində

Tarix
«Nə vaxt Xorasana getsə, həmişə səkkizinci İmamın (Hz.Rzanın) türbəsini ziyarət edər; O, imanına bağlılığının əlaməti olaraq gecə namazlarını tərk etməz, türbənin kilimlərini süpürmək, şamlarını söndürmək kimi xidmətlər göstərirdi.
Şah Abbas 1601-ci ildə İsfahandan iyirmi səkkiz günlük piyada məsafədə Məşhəd ziyarətinə getdi. Şah onunla birlikdə ziyarətə qatılmaq istəyən əmirlərə və saray xidmətçilərinə xəbər verdi ki, istəyən at belində gedə bilər, özü and içdiyi üçün [Məşhədə] piyada ayaqyalın gedəcək. Onun xidmətçilərinin çoxu Abbası piyada müşayiət edirdi.
Abbas Səfəvi ideologiyasındakı şiəlik ünsürünə nə qədər önəm verdiyini öz hərəkətləri ilə göstərsə də, Səfəvi təriqətinin mürşid-i kamili olaraq Səfəvi şeyxlərinin Ərdəbildəki ziyarətgahı ilə də eyni dərəcədə maraqlanırdı.
O, nə zaman səfərə çıxacaq, yaxud mühüm yola qədəm qoyacaqsa, Ərdəbildə əcdadlarının məzarlarını ziyarət edər və bu səfərlər zamanı təriqətin möhtərəm Şeyxlərinin dualarını almağı unutmazdı»
İstinad: Britaniyalı tarixçi, professor Roger Savory, “Safeviler Devrinde İran”

MUASİRMEDİA.AZ

Vahid İbayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir