Tramp Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək

Dünya

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də təxminən min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək.

MUASİRMEDİA.AZ  xəbər verir  ki,  bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, liderlərin sammitindən bir gün əvvəl Tramp Ankaradakı Prezident Kompleksində rəsmi mərasimlə qarşılanacaq. O, əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Görüşün yekununda iki liderin birgə mətbuat konfransı keçirməsi də gözlənilir.

Bildirilir ki, Tramp Türkiyəyə prezident limuzinini və prezident helikopterini də gətirəcək.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir