İnsanların yuxu rejimi həyatın müxtəlif mərhələlərində dəyişə bilər.
Yaşlı insanlarda gecə daha tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək və səhər erkən oyanmaq daha çox müşahidə olunur.
Yaş artdıqca orqanizmin bioloji saatında dəyişikliklər baş verə bilər. Yuxunun dərinliyi də əvvəlki illərlə müqayisədə azala bilər.
Bununla yanaşı, stress, qəbul edilən dərmanlar, gündəlik fiziki aktivliyin azalması və müxtəlif sağlamlıq problemləri yuxunun keyfiyyətinə təsir göstərə bilər.
Ancaq “yaşlı insanlar mütləq az yatmalıdır” fikri düzgün deyil. Yetərli və keyfiyyətli yuxu hər yaşda vacibdir.
Yuxu problemi uzun müddət davam edirsə və insanın gündəlik fəaliyyətinə təsir göstərirsə, bunun səbəbini müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək lazımdır.
MUASİRMEDİA.AZ
