Evində ölü tapılan məşhur aktyorun SON ANLARI

Kriminal

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb.

 

Dünən axşam saatlarında aktyordan xəbər ala bilməyən 50 yaşlı sevgilisi Özlem E. onun yaşadığı evə gəlib. Qapını döysə də cavab ala bilməyən Özlem E. özündə olan açarla mənzilə daxil olub və Serhat Kılıçı qonaq otağında, divanda hərəkətsiz vəziyyətdə tapıb.

 

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin müayinəsi zamanı aktyorun dünyasını dəyişdiyi müəyyən edilib.

 

Aparılan ilkin araşdırmalar zamanı Kılıçın bədənində hər hansı xəsarət, kəsik və ya zorakılıq izi aşkar olunmayıb. Lakin evdə keçirilən baxış zamanı narkotik vasitə tapılaraq götürülüb. Hüquq-mühafizə orqanları faktı “şübhəli ölüm” kimi qeydə alıb, ekspertiza və istintaq işləri davam etdirilir.

 

Jurnalist Çağdaş Evren Şenliyin verdiyi məlumata görə, aktyorun həyatını itirməzdən əvvəlki son anlarına dair təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb. Kadrlarda Serhat Kılıçın divara söykənərək lifti gözlədiyi, lift gəlmədikdə isə çətinliklə pilləkənlərə yönələrək mənzilinə qalxdığı əks olunub. Bu anlardan sonra aktyordan bir daha xəbər almaq mümkün olmayıb.

MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir