Bakıda nəqliyyatla bağlı mühüm dəyişiklik tətbiq edilib. Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 29-dan 16 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Dəyişiklik 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli marşrutlara aiddir.
Müxtəlif marşrutların hərəkəti alternativ olaraq İbrahimpaşa Dadaşov, Cəfər Xəndan küçələri, Azadlıq prospekti, Binəqədi şosesi və digər istiqamətlər üzrə təşkil olunacaq.
Bundan başqa, 7-ci mikrorayon sakinlərinin “Dərnəgül” metro stansiyasına gedişini təmin etmək məqsədilə əlavə avtobuslar ayrılıb. Həmin avtobusların Abay Kunanbayev küçəsi – “Dərnəgül” metro stansiyası istiqamətində ödənişsiz xidmət göstərəcəyi bildirilib.
MM.AZ
