Azərbaycanın nəqliyyat infrastrukturu ilə bağlı yeni investisiya layihəsi açıqlanıb.
Dünya Bankının hesabatında Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsi Trans-Xəzər Nəqliyyat Dəhlizi üzrə prioritet layihələrdən biri kimi göstərilib.
Layihənin ümumi investisiya ehtiyacının 260 milyon ABŞ dolları olduğu bildirilir.
Layihə çərçivəsində dəmir yolunun elektrikləşdirmə sisteminin və siqnalizasiya infrastrukturunun yenilənməsi nəzərdə tutulur.
Dünya Bankının məlumatına görə, məqsəd Azərbaycanın əsas dəmir yolu xəttini Trans-Xəzər Nəqliyyat Dəhlizində artan yük axınlarına uyğunlaşdırmaq və dəhlizin imkanlarını genişləndirməkdir.
Layihə 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan qısamüddətli prioritet layihələr sırasında göstərilir.
MM.AZ
