Elm və astronomiya həvəskarları üçün də maraqlı hadisə qarşıdadır. Drakonid meteor yağışı oktyabrın 6-dan 10-dək müşahidə ediləcək. BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, meteor yağışının maksimum aktivliyi oktyabrın 9-da gözlənilir.
Drakonidlərin radiantı Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.
Mütəxəssislərin məlumatına görə, maksimum vaxtında saatda təxminən 5 meteorun müşahidə edilməsi gözlənilir.
Meteor yağışını izləmək üçün şəhər işıqlarından uzaq, səmanın açıq göründüyü ərazilər daha əlverişlidir.
Xüsusi teleskop tələb olunmur; uyğun hava şəraitində meteorları adi gözlə müşahidə etmək mümkündür.
MUASİRMEDİA.AZ
