Əmək bazarında vəziyyət müxtəlif sahələr üzrə fərqlənir.
İş imkanları iqtisadiyyatın inkişafı, yeni müəssisələrin fəaliyyəti və konkret peşələrə olan tələbatla əlaqədar dəyişə bilər.
Hazırda iş axtaran şəxslər üçün əsas məsələlərdən biri yalnız vakansiya tapmaq deyil, həm də əmək bazarının tələb etdiyi bacarıqlara yiyələnməkdir. Xarici dil, kompüter bilikləri, rəqəmsal bacarıqlar və peşə üzrə praktiki təcrübə namizədin imkanlarını genişləndirə bilər.
Gənclər üçün peşə və ixtisas seçimi zamanı əmək bazarındakı tələbatı araşdırmaq xüsusilə əhəmiyyətlidir.
İşəgötürənlər isə təcrübə ilə yanaşı, məsuliyyət, ünsiyyət və komanda ilə işləmək bacarıqlarına da diqqət yetirirlər.
MM.AZ
