5 oktyabrda Bakının Nizami rayonu ərazisində ağır hadisə baş verib. Məktəb yaxınlığında məktəblilər arasında baş verən insident nəticəsində bir şagird bıçaqlanaraq öldürülüb.
Məlumata görə, hadisədə şübhəli bilinən şəxsin zərərçəkənlə sinif yoldaşı olduğu bildirilir. Yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.
Hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma davam edir. Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını müəyyənləşdirir.
Bu cür hadisələr məktəblərdə təhlükəsizlik, yeniyetmələr arasında münasibətlər və münaqişələrin vaxtında müəyyənləşdirilməsi məsələlərini yenidən gündəmə gətirir.
MM.AZ
