5 oktyabrda Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rüstəm İsmayıl oğlu Həsənov həlak olub.
Daha bir Azərbaycan vətəndaşı – 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir.
Gəminin digər azərbaycanlı heyət üzvləri xilas edilib. Onlardan üç nəfəri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
XİN bildirib ki, Azərbaycan tərəfi hadisə ilə bağlı diplomatik nümayəndəliklər və aidiyyəti dövlətlərin qurumları ilə koordinasiya aparır. Yaralı vətəndaşlara tibbi və konsulluq dəstəyinin göstərilməsi, həlak olan şəxsin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.
MM.az
