Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən pendir sexində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə istifadə olunan buxar qazanının qoruyucu klapanının yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aşkar olunan nöqsanların dərhal aradan qaldırılması mümkün olmadığından və avadanlığın insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı nəzərə alınaraq, buxar qazanının istismarı dayandırılıb.

Pozuntuların aradan qaldırılması üçün sahibkara müvafiq akt təqdim olunub.
MM.AZ



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir