Qax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, “Opel Astra” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtomobildə olan 2009-cu il təvəllüdlü Elcan Muxtarov həyatını itirib. Sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib. Daha üç sərnişin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
MM.AZ
