Azərbaycan nefti bahalaşıb – “Azeri Light” 124,61 dollara çatıb

İqtisadiyyat

6 oktyabrda dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,6 dollar və ya 0,48 faiz artaraq 124,61 ABŞ dolları olub.

Əvvəlki qiymət 124,01 dollar təşkil edib.

Məlumata görə, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 65 dollar hesablanıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir