O, dövlət təhlükəsizliyi orqanlarında xidmət etdiyi müddət ərzində sadəcə paytaxtda deyil, bölgələrdə də ciddi iş apardı.
Şərur, Ordubad və Naxçıvanda peşəkar kəşfiyyatçı kimi effektiv fəaliyyət göstərən Rzaqulu Quliyev daha sonra Bakıda – mərkəzi idarədə mühüm tapşırıqlar həyata keçirdi, ciddi postlarda təmsil olundu. Görkəmli kəşfiyyatçı dövlət təhlükəsizliyi orqanındakı 35 illik fəaliyyəti dövründə dəfələrlə yüksək orden və medallarla təltif olundu, polkovnik rütbəsinə layiq görüldü.
Şərur, Ordubad və Naxçıvanda peşəkar kəşfiyyatçı kimi effektiv fəaliyyət göstərən Rzaqulu Quliyev daha sonra Bakıda – mərkəzi idarədə mühüm tapşırıqlar həyata keçirdi, ciddi postlarda təmsil olundu. Görkəmli kəşfiyyatçı dövlət təhlükəsizliyi orqanındakı 35 illik fəaliyyəti dövründə dəfələrlə yüksək orden və medallarla təltif olundu, polkovnik rütbəsinə layiq görüldü.
Kəşfiyyatçı dostları Arif Zeynalov və Maqsud Məmmədovun xatirələrinə görə, 1970-ci illərdə Nərimanov rayonunda xarici kəşfiyyat agentinin müəyyənləşdirilməsi və ifşası ilə bağlı əməliyyatda Rzaqulu Quliyevin mühüm rolu olub. Məhz onun rəhbərliyi və peşəkarlığı sayəsində bu əməliyyat uğurla icra olunmuş və rəhbərlik səviyyəsində yüksək qiymətləndirilmişdi.
Ümummilli Lider Heydər Əliyevlə Rzaqulu Quliyevin tanışlığı uşaqlıq illərinə gedib çıxır. Ötən paylaşımlarda bu barədə danışmışdıq. Ulu Öndər Heydər Əliyev illərin sınağından çıxmış, həyatın bərkini-boşunu birgə yaşamış sadiq dostunu, səmimi sirdaşını həyatının sonrakı mərhələlərində də tək buraxmadı.
Naxçıvan şəhərində yaşadıqları illərdə daim bir yerdə olan, məktəbli illəri, kursantlıq dövrü bir yerdə keçən hər iki dostun peşəkar zabit kimi fəaliyyətləri də bir-birindən ayrı düşmədi. Böyük dövlət xadimi Heydər Əliyevin “dayı” deyib müraciət etdiyi Rzaqulu Quliyev zabit rütbəsinə yiyələndikdən sonra Azərbaycanın müxtəlif bölgələrində xidmət yolu keçdi. Naxçıvan şəhərindən başlanan bu yol, nə az, nə çox, 35 il davam etdi. O, Şərur, Ordubad, Naxçıvan, Əli Bayramlı, Bakı və digər yerlərdə xidmətini yüksək səviyyədə davam etdirdi.
1942-ci ildə Zərri xanımla ailə həyatı quran Rzaqulu Quliyevin ailəsində üç övlad dünyaya gəldi: qızları Zərifə və Aidə, oğlu Hüseyn.
Rzaqulu Quliyev 1979-cu ildə xidməti fəaliyyətini başa vurdu. Təhlükəsizlik orqanlarında 35 ildən artıq vicdanla və fədakarlıqla xidmət göstərdikdən sonra təqaüdə çıxdı. Lakin buna baxmayaraq, o, təqaüdə çıxdıqdan sonra da əmək fəaliyyətini davam etdirdi. 1979-cu ildə “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri təyin olundu.
Rzaqulu Quliyev 1982-ci ilin aprelində uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişdi. O, həmin illərdə birinci katib vəzifəsini icra edən Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Fəxri xiyabanda dəfn olundu, mətbuatda haqqında nekroloq dərc edildi. Nekroloqda deyilir: “Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək və şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksəkixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir”.
Həyatını xalqına layiq bir zabit kimi xidmət etməyə həsr edən Rzaqulu Quliyevin taleyi olduqca çətin və mürəkkəb hadisələrin fonunda formalaşmışdı. Hələ həyatın nə olduğunu anlamadığı bir zamanda atasını, ardınca anasını itirmişdi. O, 67 illik ömründə bir çox çətinliklərlə rastlaşmışdı. Buna baxmayaraq, peşəkar zabit kimi xidmət göstərdiyi illərdə daim səda-küydən, təmtəraqlardan uzaq bir həyat yaşamış, fəaliyyətinin bütün dövrlərində insanların və ailə üzvlərinin yaddaşında gülərüz, mehriban və alicənab bir şəxsiyyət kimi qalmışdır. Ona vaxtilə müxtəlif vəzifələr təklif olunsa da, o, insanlarla iç-içə olmağı, onların həyatlarına toxunmağı, problemləri ilə maraqlanmağı daha üstün tutmuşdu.
Rzaqulu Quliyev 67 illik ömür yolunun bir anını belə əziz dostu, sirdaşı, silahdaşı Ulu Öndər Heydər Əliyevdən ayırmamış, daim bir yerdə, bir amal uğrunda xidmət aparmışdır…



MUASİRMEDİA.AZ
RƏŞAD MƏCİD OĞLU
RƏŞAD MƏCİD OĞLU
